Rumıniyanın Baş naziri Viktor Ponta səhhəti ilə əlaqədar müvəqqəti olaraq vəzifəsindən kənarlaşmaq barədə qərar qəbul edib.
Bu barədə Rumıniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Viktor Ponta işə qayıdanadək Baş nazirin səlahiyyətlərini onun müavini, daxili işlər naziri Qabriel Oprea yerinə yetirəcək.
Aktual.az