Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Aktual.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Xəbər 211 dəfə oxunub.