Türkiyənin yeni baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevi Türkiyəyə səfərə dəvət edib.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, hazırda Bakıda səfərdə olan Binəli Yıldırım İlham Əliyevi avqustun 26-da Türkiyədə Yavuz Sultan Səlim körpüsünün açılış mərasiminə dəvət edib.
Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırımla Azərbaycan prezidenti İlham Əliyev təkbətək və geniş tərkibli görüşdən sonra bigrə mətbuat konfransı keçiriblər.