Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Əsədov Aydın Qoşunəli oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib. A.Əsədov bu postda Aftandil Rəhimovu əvəz edəcək.
Xatırladaq ki, A.Əsədov Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla “Əməkdar həkim” fəxri adına layiq görülüb.
***
Aktual.az xəbər verir ki, A. Əsədov uzun müddət Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsində çalışıb. O, ötən il nazir Ramil Usubovun əmrinə əsasən yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Aktual.az