“Barselona”ya qarşı korrupsiya ittihamı irəli sürüləcək

“Barselona”ya qarşı korrupsiya ittihamı irəli sürüləcək

İspaniya prokurorları Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyra tərəfindən ödənişlərin alınması ilə bağlı ittiham aktını yekunlaşdırıb.

Məlumata görə, bu halda prokurorluq hüquqi şəxs kimi "Barselona” futbol klubuna qarşı korrupsiya ittihamı irəli sürəcək.
Klubun sabiq prezidenti Xosep Bartomeu və Enrikes Neqreyra haqqında da şikayət veriləcək.
Müstəntiqlərə görə, 2001-2018-ci illər arasında Enrikes Neqreyra "Barselona”ya hakimlə bağlı məsləhətlərə görə 6,6 milyon avrodan çox pul alıb.

Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR