"Everton"un müdafiəçisi Con Stounz daha bir klubun transfer siyahısına salınıb.
Aktual.azgoal.az-a istinadən xəbər verir ki, "Barselona"nın ardınca "Real" da gənc futbolçuya maraq göstərməyə başlayıb. Madridlilər FİFA-nın transfer qadağası ləğv olunsa, 21 yaşlı oyunçunu yayda transfer etməyə çalışacaq. "Çelsi", "Mançester Siti" klublarının da maraqlandığı Stounz ötən yay "zadəganlar"ın 38 milyon funt təklifinə baxmayaraq, hazırki komandasında qalmışdı.
Aktual.az