Dortmund "Borussiya"sının futbolçusu Usman Dembele karyerasını İspaniyada davam etdirə bilər.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, "Barselona" fransalı futbolçudan əl çəkmir.
Kataloniya klubu 20 yaşlı hücumçunu heyətinə qatmaqda israrlıdı. Qarşı tərəflə danışıqlara yenidən start verən "Barsa" Dembelenin transferinə 70 milyon avro xərcləməyə hazırdı.
Dortmund təmsilçisi gənc oyunçunu 100 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Bununla belə, ispanlar Dembelenin transfer qiymətini azaltmağa çalışırlar. Çünki futbolçu özü karyerasını "Barselona"da davam etdirməyə razıdı.
Qeyd edək ki, ötən ildən "Borussiya"nın formasını geyinən Usman Dembele dortmundluların heyətində 50 oyunda 10 qola imza atıb.
Aktual.az Xəbər 582 dəfə oxunub.