İspaniyanın "Barselona" klubu əsas komandanın kapitanı Lionel Messinin yeni müqaviləsi üzərində işləyir.
"Report" "Cadena Ser"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu ən azı 2022-ci ilə qədər komandada saxlamaq niyyətindədir.
Eyni zamanda klub argentinalı oyunçuya futbol səhəsindən kənarda 10 illik sözləşmə də təklif etməyi planlaşdırır. Beləliklə, futbolçu karyerasını bitirdikdən Messi adı daha 10 il klubun brendinə aid ola bilər.
Qeyd edək ki, Messi 2005-ci ildən "Barselona"nın əsas komandasında çıxış edir. O, İspaniya klubunun heyətində 692 oyun keçirib və 604 qol vurub. Argentinalı oyunçunun klubla hazırkı müqaviləsi 2021-ci ilin iyul ayına kimi nəzərdə tutulub.
Aktual.az
Xəbər 1258 dəfə oxunub.