“Barselona” futbolçusunu 100 min avro cərimələyib

“Barselona” futbolçusunu 100 min avro cərimələyib
  • İDMAN

 İspaniyanın "Barselona” klubu futbolçusu Usman Dembeleni 100 min avro cərimələyib.

"Report”un "L Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, səbəb 21 yaşlı fransalı hücumçunun komandanın məşqinə gecikməsidir. Maraqlıdır ki, dünən Kataloniya təmsilçisinin Çempionlar Liqasının VI turunda evdə İngiltərə "Tottenhem”i ilə 1:1 hesablı heç-heçə etdiyi görüşdə hesabı məhz Dembele açıb. O, 7-ci dəqiqədə fərqlənib.
Dembele əvvələr də yatıb qaldığı və kompüter oyunları oynadığı üçün komandanın məşqinə gecikib. Hətta o, bir dəfə hazırlıq prosesinə qatılmayaraq, özünü pis hiss etdiyini bəhanə gətirib.
Qeyd edək ki, Usman Dembele "Barselona"ya 2017-ci ilin yayında 105 milyon avro qarşılığında Almaniyanın "Borussiya” (Dortmund) klubundan keçib.
 
Aktual.az
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR