"Barsa" Neymarın getmək istədiyini təsdiqlədi

  • İDMAN

"Barselona" Neymarın klubu tərk etmək istədiyini açıqlayıb. 

Aktual.az  goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı hücumçu klub rəhbərliyindən icazə alaraq komandanın bu gün səhər baş tutan məşqində iştirak etməyib: "Neymar səhər məşqindən əvvəl karyerasını "Barselona"da davam etdirmək istəmədiyini açıqlayıb. Ona görə də futbolçuya gələcək karyerası ilə bağlı işlərini qaydasına salması üçün məşqdə iştirak etməməyə icazə verilib. Futbolçu komanda yoldaşları ilə sağollaşıb".

Neymarın 222 milyon avro qarşılığında Fransanın PSJ-yə transfer olunacağı gözlənilir.
 
Aktual.az 
Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR