"Santos"un hücumçusu Rodriqo Silva de Qois "Barselona"ya keçməyə çox yaxındı.
Aktual.az komanda.az-a istinadən xəbər verir ki, 17 yaşlı vunderkindin atası danışıqlar aparmaq üçün Barselonaya gəlib. Klubun skautları hesab edirlər ki, Rodriqo öz yaşıdları arasında ən perspektivli futbolçulardan biridi.
Onu tez-tez Neymarla müqayisə edirlər. Rodriqonun "Santos"la müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilədə onu almaq istəyən klubun 50 milyon avro ödəmli olacağı göstərilib.
Rodriqo "Santos"un əsas komandasında 7 oyun keçirib və 2 qol vurub. O, Braziliyanın gənclər yığmasında keçirdiyi 4 oyunda da 3 dəfə fərqlənib.
Aktual.az
Xəbər 774 dəfə oxunub.