“Baron Aydın” həbs edilib - Bakıda

“Baron Aydın” həbs edilib  - Bakıda

Bakıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan ata və oğlu həbs edilib.

APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, narkobaron Aydın Bağırov və onun oğlu Taleh Bağırov saxlanılıblar. Onlardan xeyli miqdarda narkotik vasitə götürülüb. 

Məlumata görə, saxlanılan A. Bağırov kriminal aləmdə “Baron Aydın” ləqəbi ilə tanınır.

Aktual.az

Xəbər 1203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR