Barak Obama: Rusiyanın əli qana batıb

Barak Obama: Rusiyanın əli qana batıb
  • DÜNYA

"Suriyadakı vəhşətin məsuliyyətini Bəşər Əsəd rejimi və onun müttəfiqləri olan Rusiya ilə İran daşıyır. Onların əllərində Suriyadakı qətliamların qanı var”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Ağ evdə keçirilən ilin sonuncu mətbuat konfransında ABŞ prezidenti Barak Obama deyib. Obama çıxışında Hələbdəki son vəziyyət və Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları vasitəsilə müdaxilə cəhdinə xüsusi diqqət ayırıb. 

ABŞ prezidenti deyib ki, Hələbdə mülki şəxslər hədəfə götürülüb: 

"Məsum insanların blokadaya alındığı, aclığa məhkum edildiyi bir strategiya ilə üz-üzəyik. ABŞ diplomatik və siyasi yollarla Suriyadakı vətəndaş müharibəsinin həllinə çalışıb. Dünyanın harasında olursa-olsun, müharibə səbəbindən bir uşağın ölümünə görə öz üzərimdə məsuliyyət hiss edirəm. Suriya məsələsi qarşılaşdığım ən çətin problemlərdəndir.

Obama Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları ilə müdaxilə etməsini də sərt tənqid edib, "Rusiya dərhal buna son qoymalıdır” - deyib.
 

Aktual.az 

Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR