ABŞ prezidenti Barak Obama ilə İraqın baş naziri Heydər əl-Abadi arasında telefon danışığı olub.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin açıqlamasında bildirilir.
Tərəflər İŞİD və digər terror qruplaşmaları ilə mübarizə məsələlərini müzakirə ediblər.
"Prezident Obama zəng edərək İraq ordusunun ər-Ramadi şəhərində əldə etdiyi uğurlara görə baş naziri təbrik edib. Bildirib ki, ABŞ bundan sonra da İraqı İŞİD-lə mübarizədə davamlı şəkildə dəstəkləyəcək", - məlumatda deyilir.
Obama həmçinin Türkiyə hərbçilərinin İraqdan çıxarılmasının zəruri olduğunu bildirib.