“Ölkə ABŞ Ali Məhkəməsinin eyni cinslilərin nikahını qanuniləşdirməsi ilə fəxr edə bilər”. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama Ali Məhkəmənin gey-nikahlar haqda qərarına münasibət bildirərkən deyib.
“Sevgi – sevgidir. Vacib deyil, sən kimi və necə sevirsən. Bu gün Amerika fəxr edə bilər. Bu gün biz dünyanı daha yaxşı elədik. Bu gün ədalət zəfər çaldı. Bu, ildırım vurması kimi bir şeydir” – qeyd edib Ağ Ev başçısı.
Az öncə ABŞ Ali Məhkəməsi ölkədə eynicinslilərin nikahına icazə verilməsi haqda qərar çıxarıb. Buna qədər 50 ştatın 35-də, Kolumbiya Federal Mahalında və Quam Ərazisində bu cür nikahlar leqallaşdırılmışdı.
Aktual.az