Banqladeşdə dünyəvi kitabların nəşri ilə məşğul olan tanınmış ictimai xadim Faisal Arefin Dipon qətlə yetirilib.
Aktual.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu, paytaxt Dakkada son bir gün ərzində baş vermiş ikinci belə hadisədir.
Məlumata görə, 43 yaşlı Dipon şəhərin mərkəzindəki ofisində öldürülüb. “Mən onun qan içində üzü üstə uzandığını gördüm. Onun boynunu kəsmişdilər”, - naşirin atası, yazıçı Abul Kashem Fazlul Haq belə deyib.
Bundan bir neçə saat öncə baş vermiş bir başqa hücum nəticəsində isə Ahmedur Rashid Tutul adlı naşir bıçaqlanıb. Onun vəziyyəti ağırdır.
Aktual.az