“Bankları daha ciddi sınaqlar gözləyir”

“Bankları daha ciddi sınaqlar gözləyir”

“Bankların bağlanması haqda qərarın verilməsində başlıca səbəb pis idarə olunan bir sıra bankların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsindən defolt vəziyyətinə düşməsidir”.

Aktual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv edilməsinə münasibət bildirərkən deyib. Onun fikrincə, bankları bundan sonra daha ciddi sınaqlar gözləyir: “Onların hazırki ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznesin və ev təsərrüfatlarının durumundan asılıdır ki, bu da yaxın dövrlər üçün həlli mümkün olan məsələlərdən sayıla bilməz. Çünki, islahatların ləngiməsinə görə, milli iqtisadiyyatda geriləmələr genişlənməklə yanaşı, həm də sürətlənir. Hesab edirəm ki, bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısı hesab oluna bilər. Onun ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamlar, qaynar xətlərin yaradılmasını tələb edir. Əks təqdirdə banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çox çətin olacaq”.

Q.İbadoğlu hesab edir ki, bankların kapitalının təmərküzləşməsi və onların konsolidaliyası davam etməlidir: “Bu isə hələ bir neçə bankların birləşməsi və bağlanmasını zəruri edəcək”.

Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR