Cari ilin 7 ayında ölkədə vaxtı keçmiş kreditlərin həcmi 1 812,8 mln. manat təşkil edib. Beləliklə, iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,1%-ə çatıb.
Aktual.az Mərkəzi Banka istinadən xəbər verir ki, vaxtı keçmiş kreditlərin həcmi cari ilin iyul ayında iyun ayı ilə müqayisədə 2,1 mln. manat artıb.
Manatla problemli kreditlərin həcmi 923.9 mln. manat, xarici valyutada 888.9 mln. manat təşkil edib. Rəqəmlərin təhlili göstərir ki, manatla vaxtı keçmiş kreditlərin həcmi iyun ayı ilə müqayisədə, iyulda artıb. Xarici valyutadakı problemli kreditlərin həcmi isə azalıb.
Qeyd edək ki, ümumilikdə ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlərin həcmi 340,2 mln. manat artıb.
Aktual.az
Xəbər 309 dəfə oxunub.