Azərbaycanda hər hansı bankda müvəqqəti inzibatçılıq və lisenziya alınması məsələsinə baxmırıq.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Palata ölkədə fəaliyyət göstərən 37 bankın hər birinə biz preventiv rejimdə nəzarət edirik: “Palata tərəfindən stress-testlər aparılır. Hazırda digər banklarda problem müşahidə edilmir. Hər hansı başqa bankda dayanıqsızlıq kimi hal proqnozlaşdırmırıq. Bütün hallara hazırıq, maliyyə vəsaitləri baxımından dövlət yetərli inzibati resurslara malikdir”.