Fevral ayında Azərbaycanda baş verən ikinci devalvasiyadan sonra sirkə turşusu içərək özünə qəsd edənlər Klinik Tibbi Mərkəzə müraciət edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, fevral ayında sirkə turşusundan zəhərlənmələr qeydə alınıb ki, onlar banklara kredit borcu olanlardır: “Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib”.
// Aktual.az