Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əldə etdiyi mənfəətinin vergidən azad edilməsi ilə bağlı hökumətə hər hansı təklif daxil olmayıb.
Aktual.az report-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
İ.Vəliyev müraciət olduğu təqdirdə buna baxıla biləcəyini deyib: "Hələ müraciət yoxdur. Düşünürəm ki, əgər müraciət olarsa, hökumətdə buna baxmaq olar".