2017-ci ilin yanvar ayında Azərbaycan bankları 121,52 milyon dollar satıblar.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş hesabatda qeyd olunur.
Əvvəlki aylarla nisbətdə dollar satışı 11,7 faiz, 2016-cı ilin yanvar ayı ilə müqayisədə isə 3,2 dəfə azalıb.
2017-ci ilin yanvarında banklar 58,24 milyon dollar alıblar ki, bu göstərici 2016-cı ilin dekabr göstəricisindən 2 dəfə, ötən ilin yanvar göstəricisindən isə 3,8 dəfə azdır.
Aktual.az
Xəbər 754 dəfə oxunub.