Hakerlər Rusiya banklarının mərkəzi bankdakı (Rusiya Bankı - red.) hesablarından 2 mlrd. rubl oğurlayıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalına Rusiya Bankının rəsmisi Artyom Sıçyov bildirib.
Onun sözlərinə görə, hakerlər 5 mlrd. rubl oğurlamağa cəhd edib, lakin mərkəzi bank kiberhücumu dəf etməyi bacarıb: "Biz vəsaitin bir hissəsini qaytara bildik".
Aktual.az
Xəbər 499 dəfə oxunub.