Bir çox şəxs xəbərsiz olsada əslində zaminlikdən imtina etmək mümkündür
Aktual.az "Report"-a istinadən xəbər verir ki, bir çox şəxs xəbərsiz olsa da əslində, zaminlikdən imtina etmək mümkündür. Bunun ilk yolu borculunun , zaminin başqa birilə əvəz edilməsi üçün banka müraciət etməsidir. Ancaq bunun qəbul edilməsi üçün mütləq qaydada bankında razılıqı olmalıdır. Bunadan başqa məhkəmə üsulu ilədə zaminlik ləğv edilə bilər. Müqavilə bağlandıqdan sonra zamin, aldadıldığını hesab etdikdədə zaminliyin ləğvi üçün məhkəməyə müraciət edə bilər.
Əsas borclunun ödəmədiyi vəsaiti banka ödəyən zamin isə daha sonra ödədiyi vəsaiti və əlavə faizlərini borcludan məhəkəmə yolu ilə tələb edə bilər.
// Aktual.az