Lənkəranda saxta əskinasları dəyişdirmək istəyən şəxs saxlanılıb.
Aktual.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə iyulun 13-də “Kapital” bankın Lənkəran rayon filialında baş verib.
Rayonun Tutapeşdə kənd sakini Zülfiyyə Əliyeva 2 ədəd saxta 50 manatlıq əskinası dəyişdirmək istəyərkən Lənkəran Rayon Mühafizə Şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb.