Fərhad Hacınski "Rabitəbank"ın İdarə Heyətinin sədr müavini vəzifəsini tərk edib.
Aktual.az xəbər verir ki, Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, hazırda "Rabitəbank"ın İdarə Heyətinə sədr Elçin Qədimov və müavini Eldar Ağayev daxildirlər.
Bundan öncə isə həmin İdarə Heyətini Turan İsmayılov da tərk etmişdi.
"Rabitəbank" 1993-cü ildə fəaliyyətə başlayıb.