6 gün ərzində.
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən 6 gün ərzində sənədləri qaydasında olan əmanətçilərə 14 mln. manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə onu da çatdırır ki, 30 iyul 2007 -ci ildən fonda üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılmasına baxmayaraq, kompensasiyaların alınması üçün az sayda müraciət olunub.
Aktual.az