Bakının Bülbülə qəsəbəsində mənzildə çoxlu sayda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Babayevin Bülbülə qəsəbəsində yaşadığı evə baxış zamanı nömrəsi pozulmuş “AK-74” silahı, 240 ədəd avtomat patronu və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.