Əməliyyat-axtarış tədbirləri nəticəsində 54 yaşlı iş adamı Qocayev Rauf Eldar oğlu saxlanılıb.
Aktual.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, sözügedən şəxs iri məbləğdə fırıldaqçılıqda şübhəli qismində saxlanılıb.
Belə ki, Rauf Qocayev ozünün iş ortaqlarını aldatmaqda ittiham olunur. O, birgə iş görmək adı ilə Gəncəli Nağı Tağı oğlundan 120 min manat alıb və geri qaytarmayıb.
Polis işçiləri saxlanılmış şəxsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təhvil veriblər.
Faktla bağlı araşdırma davam etdirilir.
Aktual.az