Baltikyanı ölkələr İrəvanı Rusiyadan qoparmağa çalışır

Baltikyanı ölkələr İrəvanı Rusiyadan qoparmağa çalışır

Baltikyanı ölkələr var gücü ilə Ermənistanı Rusiyadan və postsovet məkanında gedən inteqrasiya proseslərindən qoparmağa çalışır, Cənubi Qafqazda son dərəcə dağıdıcı xətt yürüdürlər.
Aktual.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.
"Cənubi Qafqaza gəlincə, Tallin, Riqa və Vilnüs son dərəcə dağıdıcı xətt yürüdür. İndi onlar bütün gücləri ilə Ermənistanı Rusiyadan qoparmağa, onu bizim ümumi inteqrasiya mexanizmlərimizdən, o cümlədən KTMT-dən uzaqlaşdırmağa, Avroatlantik perspektivlə şirnikləndirməyə çalışır”, - o bildirib.
Xəbər 130 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR