Cəlilabad rayonunun Alar kəndində balıqdan zəhərlənmə hadisəsi baş verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, kənd sakini Mirzəyev Mirzəbala hadisə nəticəsində dünyasını dəyişib. Ölən şəxs orta yaşlıdır.
Balığın alındığı dükanın bağlı olduğu və sahibinin gizləndiyi bildirilir.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Aktual.az