Balıqçı qayığı batdı: 10 ölü

Balıqçı qayığı batdı:   10 ölü
  • DÜNYA

Cənubi Koreyada baş verən qəza nəticəsində xeyli sayda insan da itkin düşüb

Cənubi Koreyanın Çedju adası sahillərində balıqçı qayığı batıb. Nəticədə 10 nəfər ölüb, 3 nəfər isə xilas edilib. 

Aktual.az anspress-ə istinadən xəbər verir ki, itkin düşənlərin sayı isə məlum deyil. Onların axtarışına onlarla gəmi və bir neçə təyyarə cəlb olunub. Balıqçı qayığının batmasına onun həddindən artıq yüklənməsinin səbəb olduğu ehtimal edilir. 

Sonuncu dəfə ötən il 300-dən çox şagird bərənin batması nəticəsində həlak olmuşdu. Tənqidçilər bu cür qəzalara Cənubi Koreya hökumətinin zəif təhlükəsizlik siyasətinin səbəb olduğunu deyirlər.

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR