Balıqçı 100 milyonluq mirvarini 10 il çarpayısının altında gizlətdi

Balıqçı 100 milyonluq mirvarini 10 il çarpayısının altında gizlətdi

Filippinli balıqçı 100 milyon dəyərindəki mirvarini 10 il çarpayısının altında gizlədib

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Filippinin Palavan adasında yaşayan balıqçı düz on il dünyanın ən böyük mirvarisinə sahib olmasından xəbərsiz olub. Çəkisi 34 kiloqram təşkil edən bu nadir incini mütəxəssislər 100 milyon dollar dəyərində qiymətləndiriblər.

O, mirvarini 2006-cı ildə çox güclü fırtına zamanı tapıb. Gəmisinin lövbərini qaldırmaq istəyərkən lövbər suyun altında nəyəsə ilişib. Balıqçı suya baş vurub və bunun çox böyük bir ilbiz qabığı olduğunu görüb. Evə gələn balıqçı çox böyük mirvari tapdığını görüb və talisman kimi qoruyub saxlayıb. Bu tapıntısının necə qiymətli xəzinə olduğunu isə ağlına belə gətirməyib.

Evi yanarkən yalnız talismanını xilas edən balıqçı onu Puerto Prinsessa şəhərində turizm idarələrindən birinin əməkdaşına göstərib. Beləliklə, dünyanın bu nadir incisi öz qiymətini tapa bilib.

"Puerto-Prinsessa" adı verilən bu nadir mirvari şəhərə turist cəlb etmək üçün muzeydə sərgilənəcək.


Посмотреть
Xəbər 806 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR