Sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub.
Aktual.az APA-ya istinadən bildirir ki, ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Nazirlik sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.