Balıkesir belediyye meclis üzvləri Qənirə Paşayeva ilə görüşüblər

Balıkesir belediyye meclis üzvləri  Qənirə Paşayeva ilə görüşüblər

Balıkesirdə Azərbaycan parkı və qardaş bələdiyyələr Azərbaycanda səfərdə olan Balıkesir Altıeylül belediyye başqanı Zefai Kafaoğlu, Balıkesir millət vəkilləri, Balıkesir belediyye meclis üzvləri millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu üzvü Qənirə Paşayeva ilə görüşüblər və geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili Q.Paşayevanın Balıkesirde bir neçə ay əvvəl Balıkesir Azərbaycan Cəmiyyətinin rəhbərl Ayhan Candemir və Tələbə Təmsilçisi İsmayıl Salmanovla birlikdə onunla görüşdə Azərbaycan, Qarabağ parkı salınması xahişi, təklifi səsləndirdiyini vurğulayan Altıeylül belediyye başqanı Zefai Kafaoğlu yaxın zamanlarda parkın açılacağını söyləyib və Q.Paşayevanı da orada görməkdən məmun olacaqlarını deyib. Azərbaycana böyük sevgiləri üçün təşəkkür edən millət vəkili Q.Paşayeva qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycan çox sevdiklərini və özlərini Vətəndəki kimi hiss etdiklərini deyən Azərbaycanda səfərdə olan Balıkesir Altıeylül belediyye başqanı Zefai Kafaoğlu, Balıkesir millət vəkili Ali Aydınlıoğlu ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Şəkidə gözəl görüş və müzakirələrin olduğunu deyən Zefai Kafaoğlu İnşallah yaxın zamanlarda gözəl Şəkimizlə Balıkesir Altıeylül qardaşlaşacaq və qardaş bələdiyyələr olacaqlar deyib. Balıkesirə səfərim zamanı, sizlərlə görüşlərdə bu cür qardaşlaşmanın çox önəmli olması barədə fikir mübadiləsi olmuşdu və çox sevinirəm ki qədim Şəkimizlə Altıeylül bələdiyyəsi qardaşlaşacaq və əməkdaşlıq daha da genişlənəcək deyən millət vəkili Q.Paşayeva bölgələrarası əlaqələrin genişlənməsinin vacibliyini xüsusi vurğulayıb. Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizə gedə bilmirik, qardaş Türkiyədə isə terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən milllət vəkili Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. O, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Qənirə Paşayeva, 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib. Çanaqqalada çoxlu sayda Azərbaycan türkünün də şəhid olduğunu deyən millət vəkili Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. Q. Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR