Bağlı yola görə sürücünü döyüb yaraladılar

Bağlı yola görə sürücünü döyüb yaraladılar

Xaçmaz rayonunda naməlum şəxslər taksi sürücüsünə xəsarət yetiriblər. 

Anspress-in məlumatına görə, gecə saatlarında dayanacaqda 41 yaşlı taksi sürücüsü İsmayıl Azayevin maşınına 2 nəfər sərnişin əyləşib. Sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb. Nəticədə tanımadığı şəxslər sürücüyə boyun nahiyəsindən kəsici alətlə xəsarət yetiriblər. Yaralı İ. Azayev dərhal Xaçmaz Rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Burada lazımi yardımdan sonra İsmayıl Azayev özünə gəlib.

Sürücünün dediyinə görə, mübahisəyə səbəb sərnişinləri ilə razılığa gələ bilməməsi olub. Maşına əyləşən şəxslər taksiyə gedəcəkləri yeri deyiblər. İsmayıl Azayev isə sərnişinlərə yolun bağlı olduğunu, gedə bilməyəcəyni çatdırıb. Sərnişinlərin kobud davranışı mübahisəyə gətirib çıxarıb. Nəticədə maşından enərək taksi sürücüsü İsmayılla əlbəyaxa olublar. Bu zaman onlardan biri kəsici alətlə İ. Azayevi yaralayıb.

Artıq Xaçmaz polisi taksi sürücüsünü xəstəxanalıq etmiş 2 nəfər Xaçmaz sakinini istintaqa cəlb edib. İlkin araşdırma nəticəsində İsmayıl Azayevə basqın edənlərin Xaçmaz sakinləri Aydın Paşayev və Tahir İsayev olmaları müəyyən edilib. Sürücüyə xəsarəti Aydın Paşayevin yetirməsi də məlum olub. A. Paşayev sürücüyə ülgüc ilə xəsarət yetirib. Fakt istintaq bölməsində araşdırılır.

Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR