Bağlanmış 4 bankın borcu AÇIQLANDI

Bağlanmış 4 bankın borcu   AÇIQLANDI

Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı - "Parabank", "Zaminbank", "Kredobank" və "Dekabank" ASC-lərdə kompensasiya olunacaq əmanətlərin ümumi yekun məbləği 110,714 mln. manat təşkil edib.

Aktual.az  report-a istinadən bildirir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında deyilir.

Xatırladaq ki, Fondun icraçı direktoru Azad Cavadov bir həftə öncə keçirdiyi mətbuat konfransında sözügedən rəqəmin 127 mln. manata yaxın olduğunu açıqlamışdı. Aparılan dəqiqləşdirmələrdən sonra isə kompensasiya olunacaq əmanətlərin ümumi məbləğinin 17 mln. manat az olduğu üzə çıxıb:

Bank Fiziki şəxslərin 
ümumi əmanətləri
(mln. manat)
Qorunan əmanətlər
(mln. manat)
Kompensasiya olunan 
əmanətlər 
(mln. manat)
Qorunan əmanətçilərin
sayı
1 "Parabank" 87,619 61,949 43,788 18 970
2 "Zaminbank" 53,632 53,631 36,350 10 742
3 "Kredobank"    30,206 20,956 27,768 4 542
4 "Dekabank"  5,585 3,767 2,807 133

Qeyd edək ki, yaranmış fərqlə bağlı ADİF-in icraçı direktoru A.Cavadov bu gün rəsmi açıqlama verəcək.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR