Bağlanan dörd banka kompensasiya ödənişi davam edir

Bağlanan dörd banka kompensasiya ödənişi davam edir

Avqustun 1-dən Əmanətlərin Sığortalanması Fondu “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Bu barədə Fonddan  bildirilib. 

12 avqust 2016-cı il tarixdə “Parabank”ın qorunan əmanətçilərinə 16,1 milyon manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 18 milyon manat, “Kredobank”ın qorunan əmanətçilərinə 4,3 milyon manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə 4 bank üzrə 40,4 milyon manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank” və “Zaminbank”ın qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank”, “Kredobank” və “Zaminbank”ın baş ofisinə, “Parabank”ın qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Aktual.az

Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR