Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Gəncəbank"ın sığortalanmış 378 əmanətçisinə 1,5 milyon manat ödəyəcək.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
"Rabitə Bank", "Unibank" və "Kapital Bank" agent banklar təyin edilib, yəni kompensasiya almaq üçün "Gəncəbank"ın müştəriləri bu 3 bankın filiallarına müraciət etməlidirlər. Kompensasiyaların ödənişi fevralın 4-dən başlayacaq.
Onun sözlərinə görə, "Gəncəbank"ın müştərilərinə əmanətləri 7 gün ərzində ödəmək planlaşdırılır: "Bank ümumilikdə bizə təqribən 6 min hesab verib, lakin bunun 5 mindən çoxu vəsaiti 1 manatadək olan hesablardır".
Əmanətlərin ilkin məbləği 1,9 milyon manat idi, bunun 1,5 milyon manatı artıq agent banklara göndərilib ki, kompensasiyalar ödənilsin. Qalan 400 min manat məbləğ hələ öyrənilir.