“Nikoil Bank” ASC-nin hüquq şöbəsinə yeni müdir təyin edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Elşən Kərimov gətirilib.
E.Kərimov indiyə qədər hazırda ləğvetmə prosesində olan “Parabank” ASC-nin hüquq şöbəsinin müdiri, ondan əvvəl isə Azərbaycan Mərkəzi Bankı Ləğv edilmiş kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin istehlakçıların hüquqlarının qorunması şöbəsinin müdiri olub.
Bir qədər əvvəl “Parabank”ın baş icraçı direktoru Cəlal Nağıyev də “Nikoil Bank”da təyinat alıb.
O, hazırda Bankın Problemli aktivlərin idarə edilməsi Departamentinin direktoru vəzifəsini tutur.