Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Bu barədə Fonddan bildirilib.
11 avqust 2016-cı il tarixdə “Parabank”ın qorunan əmanətçilərinə 15,4 milyon manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 16,9 milyon manat, “Kredobank”ın qorunan əmanətçilərinə 4,1 mln. manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 38,4 milyon manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank” və “Zaminbank”ın qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank”, “Kredobank” və “Zaminbank”ın baş ofisinə, “Parabank”ın qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.