Balakəndə maskalı cinayətkar dəstə tutulub

Balakəndə maskalı cinayətkar dəstə tutulub

Balakən rayonunda yaşayış evinə basqın edən maskalı şəxslər yaxalanıb.
Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il noyabrın 18-də Balakən rayonunun Talalar kəndində yaşayan Xəlifə Yolçuyevin evinə açıq qalmış qapıdan girmiş şəxsiyyəti məlum olmayan 4 nəfər (onlardan 3-ü maskalı olub), onu və ailə üzvlərini bıçaqla hədələyərək pul tələb ediblər, pul olmadığı bildirildikdən sonra isə oradan 1 ədəd mobil telefon və açar götürərək hadisə yerini tərk ediblər.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qullar kənd sakini Mübariz Yetimov və Bakı şəhər sakini Güləli Abdullayev yaxalanıb, digərlərinin isə şəxsiyyəti müəyyən edilib.

Xəbər 1144 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR