Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb.
"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib.
Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub.
7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 465 dəfə oxunub.