Balakəndə 60 yaşlı kişi intihar edib.
"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Balakən şəhəri, H.Z.Tağıyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. 1958-ci il təvəllüdlü Rauf Əziz oğlu Əzizovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 501 dəfə oxunub.