Millət vəkili Türkiyənin nufuzlu televiziya kanallarından çağırış edib

Millət vəkili Türkiyənin nufuzlu televiziya kanallarından çağırış edib



 Millət vəkili Qənirə Paşayeva Türkiyənin bir sıra nüfuzlu televiziya kanallarında, böyük auditoriyası olan proqramlarında, Kanal D televiziyasında “Abbas Güclü ilə Gənc Baxış”, CNN  Türk-də  Serdar  Tuncerin “Başka Şeyler” proqramında və “Ana Haber”də,TV8-də Güneri Civaoğlunun “Şeffaf Oda” programında, Habertürk  televiziyasında, Bloomberg televiziyasının “Ana Haber” programında, TV5-də Mustafa Karanın “Sınır Ötesi” programında, AHaber kanalında Ahmet Baydaroğlunun programında,  TRT  Turk, TRT Avaz  kanallarının Xəbər programlarında çıxış edərək  Ermənistanın 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə danışıb və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib.  


Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq  hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. 


Millət vəkili  20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında,  20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. 


“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib və hər iki qardaş ölkənin media qurumlarının üzərinə böyük vəzifə düşdüyünü deyərək, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. 


Qənirə Paşayeva bütün qadınları qarşıdan gələn  8 mart  Beynəlxalq  Qadınlar  günü ilə bağlı təbrik edərək hər günün qadınların günü olmasını diləyib.  Millət vəkili qadınlara qarşı zorakılığın bütün növləri ilə mübarizənin vacibliyini qeyd edərək, bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib. Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun hələ 1918-ci ildə verildiyini  deyən millət vəkili Qənirə Paşayeva ölkəmizdə bu istiqamətdə görülən işlər barədə də danışıb. 


Millət vəkili program rəhbər və aparıcılarını Azərbaycana dəvət edib və Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün müəllifi olduğu Türkiyə türkcəsində “Hocalı Soykırımı tanıkların dili ile” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin hazırladığı “Azərbaycan həqiqətləri” filmləri kataloqunu onlara hədiyyə edib.


Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR