Balakən rayonunda odlu silah və vasitələri aşkarlanıb.
Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, silah rayonun Əliabad kənd sakini Elman Mirzəbəyovdan götürülüb.
Baş Cinayət-Axtarış İdarəsi və Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mirzəbəyovdan "AK-74" markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq götürülüb.