Nazirlik məlumat yaydı.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda təşkil olunan Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına 18 ton yararsız bal buraxılmayıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, yarmarkaya gətirilən arıçılıq məhsulları müvafiq laborator yoxlamadan keçirilib:
“Laborator yoxlamalar nəticəsində məlum olub ki, 18 ton bal yararsızdır və müvafiq standartlara cavab vermirı”.
Bundan başqa, bildirilir ki, yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib.