Dünən "Bakubus" MMC-yə məxsus marşrutlardan birində sərnişinlə sürücü Cəbrail Məmmədov arasında mübahisə yaranıb.
Aktual.az-ın Ölkə.az-a istinadən məlumatına görə, mübahisəyə səbəb avtobusdakı lövhəcikdə qeyd olunmuş telefon nömrələrinin işləməməsi olub
"Neçənci dəfədir zəng vururam, amma orda göstərilən nömrələr işləmir. Əgər belədirsə, niyə camaatı aldadırsınız? Bəzən də telefon çağırır, amma götürən olmur"
"BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova isə məsələ ilə əlaqədar Ölkə.az-a bunları deyib:
"Sürücü yola cavabdehdir. O "BakuBus"-un əməkdaşı olsa belə, onun məsul və cavabdeh olduğu sahə başqadır. Əlbəttə, deyə bilər. İstənilən halda, bizim qaynar xəttin nömrələri xidmət göstərir. Ola bilsin ki, yüklənmə olub. Mən bu dəqiqə araşdıraram".