“BakuBus” vətəndaşlara müraciət etdi

“BakuBus” vətəndaşlara müraciət etdi

“Fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını eyni zamanda sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı qarşısına əsas məqsəd kimi qoymuş “BakuBus” bu sahədə effektiv nəticənin əldə olunması üçün vətəndaş mövqeyinin daha əhəmmiyyətli olduğunu diqqətə çatdırır”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu “BakuBus” MMC Mətbuat və ictimaiyyətlə əlaqələr Şöbəsinin müdiri Mansur Piriyev deyib.

“BakuBus” rəsmisi bildirib ki, ictimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara
biganə qalmamalı, öz vətəndaş mövqeyini nümaiş etdirməlidir: “Unutmaq olmaz ki, hər hansı sərnişin avtobusunda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, təhlükə
yaradan hərəkətləri həm sərnişinlərin həm də digər vətəndaşların həyatı üçün böyük təhlükə yaradır. Avtobusun içərisində baş verən istənilən xoşagəlməz hadisəyə,
münaqişəyə, sürücünün avtobusu idarə etməsinə maneə yaradan istənilən hərəkətə münasibətinizi - vətəndaş mövqeyi,ictimai qınaq və ya polisə zəng etməklə ortaya qoya
bilərsiniz.

“BakuBus” un 24 saat ərzində fəaliyyət göstərən Qaynar xəttinə vətəndaşlar tərəfindən daxil olan müraciətləri araşdırılır, təhlil edilir və operativ şəkildə tədbirlər həyata
keçirilir. Ancaq daxil olan müraciətlərin və aşkar olunmuş hadisələrin təhlili bir daha onu göstərir ki, bir çox hadisələrinin qarşısının əvvəlcədən alınmasında məhz
vətəndaşların münasibətiləri, ictimai qınağın formalaşdırılması həlledici rol oynaya bilər.

“BakuBus” olaraq bildiririk ki, gələcəkdə ictimai nəqliyyatda təhlükəsizliyin qorunmasına töhvə vermiş və nümunəvi vətəndaş mövqeyi göstəmiş hər bir vətəndaş tərəfimizdən
aşkar olunub qiymətləndiriləcəkdir”.

Qeyd edək ki, “BakuBus” un istifadəsində olan bütün avtobuslarda 24 saat fəaliyyət göstərən müşahidə kameralar mövcuddur. Müşahidə kameraları avtobusun içərisində
və ətrafında baş verən hadisələri fasiləsiz olaraq qeydə alır və istənilən hadisənin araşdırılması zamanı obyektiv nəticənin əldə olunmasına imkan yaradır.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR