20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "BakuBus"ın avtobus marşrutlarının bəzilərində dəyişiklik olacaq.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, 20 Yanvar hadisələrinin 26-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu səbəbdən Şəhidlər xiyabanı istiqamətində hərəkətdə olan "BakuBus"a məxsus 3 və 6 saylı marşrut xətləri Respublika İncəsənət Gimnaziyasına qədər hərəkət edəcəklər.
Allah şəhidlərimizə rəhmət etsin!